BURADA REKLAMINIZ OLA
BİLƏR

"Əhməd haradadır?"ın aktyorları 59 il sonra - FOTO

1963-cü ildə lentə alınan "Əhməd haradadır?" filmində rol alan aktyorlar - Əməkdar artist Elxan Qasımov və gürcü aktrisa Nonna Paçuaşvili 59 ildən sonra bir araya gəlib.


Pravda.az xəbər verir ki, bu barədə jurnalist Vasif Ayan sosial şəbəkə hesabında yazıb. O, fotonun ötən gün çəkildiyini bildirib:


"Əhməd haradadır?" (1963) filminin qəhrəmanları 59 il sonra bir yerdə və mən də bu anlara canlı şahidlik edirəm! Elxan Qasımov və Nonna Paçuaşvili ilə".
 

Qeyd edək ki, ekran işində E.Qasımov sürücü Əhmədi, N.Paçuaşvili isə Ceyran obrazını canlandırıb.

Fotoları təqdim edirik
Tarix: 15 Oktyabr 2022, 20:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin