BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah toyu olacaq xanım taksi ilə qəzaya uğradı: Kanala düşdülər

Mingəçevirdə iki avtomobil toqquşdu, maşınlardan biri lil axını kanalına düşdü.

 

Pravda.az-ın məlumatına görə, hadisə az öncə Günəşli yaşayış massivi birinci paralel küçəsində baş verib.

 

“Kia” markalı avtomobillə toqquşan “Mersedes” markalı taksi xidməti göstərən maşın toqquşmanın təsirindən idarəetməni itirərək lil axını kanalına düşüb.

 

İlkin məlumata görə, yaralı taksı sürücüsü xəstəxanaya aparılıb. Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub.

 

Məlumata görə, xanımın sabah toyu olacaqdı.

 

Faktla bağlı araşdırma başlanıb.

 

Xəzər Xəbər

Tarix: 16 Oktyabr 2022, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin