Salyanda atəş açan şəxslə bağlı AÇIQLAMA

Martın 23-də Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini T.Cəfərov xuliqanlıq zəminində Yardımlı rayon sakini Ə.Şükürlünü döyüb və ov tüfəngindən havaya 2 dəfə atəş açıb.

DİN-in mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Cəfərov saxlanılıb və ondan hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Tarix: 24 Mart 2020, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin