Əli Həsənov iki aylıq pensiyasını köçürdü

Baş Nazirin sabiq müavini Əli Həsənov Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

 

Pravda.az-ın xəbərinə görə, Ə.Həsənov iki aylıq pensiyasını Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdüyünü açıqlayıb. “Bu kiçik vəsaitlə mən bu ciddi problemə münasibətimi bildirirəm. Dövlətlə bir olaq, sıx birlik və həmrəylik nümayiş etdirək, məsuliyyətli olaq, bir-birimizi qoruyaq” - Ə. Həsənov bildirib.

Tarix: 24 Mart 2020, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin