BURADA REKLAMINIZ OLA
BİLƏR

Havanın temperaturu yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın üç gün ərzində ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.

 

Departamentdən Pravda.az-a verilən məlumata görə, yaxın üç gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

 

Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən 2-3° yüksələrək, Bakıda və Abşeron yarımadasında 18°, Mərkəzi Aran rayonlarında 20°, dağlıq rayonlarda 13 dərəcəyədək isti olacaq.

Tarix: 24 Mart 2020, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin