Tanınmış caz ustası koronavirusdan öldü

Tanınmış Afro-caz ustası, saksofonçu Manu Dibanqo koronavirusdan dünyasını dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, koronavirusa yoluxmuş 86 yaşlı Manu Dibanqo bu gün səhər saatlarında Paris xəstəxanalarından birində vəfat edib.

 

Qeyd edək ki, Kamerun əsilli tanınmış caz ifaçısı 1949-cu ildə Marselə gəlib və ömrünün sonunadək Fransada yaşayıb. Caz ustası 1972-ci ildə "Soul Makossa" hiti ilə dünyada tanınıb. O, 2010-cu ildə “Fəxri legion ordeni”nin kavaleri adına layiq görülüb.

 

Hazırkı vəziyyətlə əlaqədar onun dəfn mərasiminin qapalı keçiriləcəyi, mümkün olduğu vaxt xatirəsinə həsr olunmuş mərasim təşkil ediləcəyi bildirilib.APA

Tarix: 24 Mart 2020, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin