Kommunal ödənişlər dayandırıla bilər – Deputatdan ANONS

"Bank kreditlərinin faizlərinin dondurulması ilə bağlı məsələ müzakirə olunur. Çox güman, banklara tapşırıq veriləcək ki, bir neçə aylıq kredit faizləri dondurulsun. Düşünürəm ki, bu, elə də maliyyə itkisi deyil”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

“Ola bilər ki, kommunal xərclər də bir müddətlik dayandırılsın. Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub. Qərar dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək. Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq. Bu tapşırıqlara ciddi şəkildə əməl edilməlidir. Bunun müqabilində işgötürənlərə dəstək verilməli, güzəştlər olmalıdır. Mən imkanlı şəxslərə müraciət edirəm, hər şeyi dövlətdən gözləməyək, hamımızın ətrafında aztəminatlı ailələr var, onlara kömək edək. Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməklə iş bitmiş hesab olunmur. Kim aztəminatlı ailə tanıyırsa, onlara kömək etsinlər. Biz əl-ələ verib bu bəladan xilas ola bilərik. Biz özümüz Novruz bayramında 50 aztəminatlı ailəyə yardım etdik, bayram sovqatı yolladıq. Aztəminatlı ailələr bütün rayonlarda var, onlara kömək edilməlidir” – E.Quliyev qeyd edib.

Tarix: 24 Mart 2020, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin