Ucarda dəhşətli hadisə - 4 yaşlı uşaq avtomobildə yanaraq öldü

Ucar rayonunda bədbəxt hadisə baş verib. 

Pravda.az xəbər verir ki, hadisə Təzə Şilyan kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.Report

Fotoları təqdim edirik
Tarix: 24 Mart 2020, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin