BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan dövlətinin atdığı addımlar jurnalistlərin nüfuzunun artırılmasına yönəlib” - Baş redaktor

“Nəhayət Media Reyestri fəaliyyətə başladı. Qeydiyyat proseduru da çox sadədir. Medianın İnkişafı Agentliyi maarifləndirici video-çarxlar hazırlayıb, izah verilib. Sistemə baxdıqda da görünür ki, məhdudlaşdırıcı bir şey yoxdur, sadəcə, jurnalistlərlə bağlı məlumatlar təkmil formada hazırlanmış platformada olacaq. Düşünürəm, bu, jurnalist hüquqlarının qorunması baxımından da önəmlidir. Çünki reyestrdən əldə edilən vəsiqə bir çox imkanlar yaradır, o cümlədən tədbirlərə qatılmaq prosedurunu asanlaşdırır. Dövlət bu sahədə pərakəndəliyi aradan qaldırmaqla yanaşı, güzəştləri də nəzərdə tutur”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında “Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli deyib.

 

“Reyestrdə ən önəmli məsələlərdən biri odur ki, qeydiyyatdan keçən güzəştli ipoteka şərtlərindən yararlana biləcək. Yəni, kimdənsə asılı olmadan müraciət edərək ipoteka ilə mənzil alacaq. Təbii ki, bu layihənin ilkin mərhələsidir, yeniliklərin davam edəcəyi istisna edilmir. Seçim imkanı da verilib, hansısa jurnalist istəmirsə, reyestrdən qeydiyyatdan keçməyəcək, əvvəlki qaydada fəaliyyətinə davam edəcək. Azərbaycan dövlətinin atdığı addımlar jurnalistlərin nüfuzunun artırılmasına, şəffaflığın, hesabatlılığın artırılmasına yönəlib. Etiraf etmək lazımdır ki, son iki ildə əldə edilən nəticə müsbətdir”.

Tarix: 18 Oktyabr 2022, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin