BURADA REKLAMINIZ OLA
BİLƏR

26 yaşlı azərbaycanlı xanım İsveçdə nazir təyin olundu

Azərbaycan əsilli Romina Purmoxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Pravda.az-a verilən xəbərə görə, Baş nazir Ulf Kristersson hökumətinin 18 oktyabr 2022-ci il tarixində açıqlanan tərkibində yer alan 27 yaşlı soydaşımız İsveç tarixində ən gənc nazir hesab olunur.

 

Romina Purmoktari 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbyuberq dairəsində anadan olub. Upsala Universitetini bitirib. 2019-cu ildən Liberallar Partiyasının İdarə Heyətinin həmsədridir. 2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Stokholm dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində deputatlığa namizəd olub. Seçkilərdə yaxşı nəticə göstərən gənc liberal qalib gəlib.

 

Qeyd edək ki, Rominanın atası İbrahim Purmoxtari vaxtilə Təbrizdən İsveçə mühacirət edib, bir neçə il öncə vəfat edib.

Tarix: 18 Oktyabr 2022, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin