BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Əliyev: "Bəzi müəllimlər yolun uzaqlığını və ya başqa bəhanələr gətirərək seçdikləri vakansiyadan imtina edirlər"

"Müəllim vakansiya seçim edəndə Ağdamda yaşasa da, Oğuzdakı məktəbdəki boş yeri seçir. Lakin işə qəbul olduqdan sonra yolun uzaqlığını və ya başqa bəhanələri gətirərək qərardan imtina edir".

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

 

"Bu da həm məktəbə ziyandır, həm də Oğuzdakı işləmək istəyən digər müəllimlərin haqqına girmiş olur. Bu sahədə çoxlu maarifləndirici işlər aparılmalıdır. Dövlət qulluğuna sənəd verənlərdə də eyni hal təkrarlanır”, - deputat bildirib.

Tarix: 19 Oktyabr 2022, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin