BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış jurnalistə vəzifə verildi

2008-ci ildən fəaliyyət göstərən Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

 

Pravda.az-ın məlumatına görə, bu vəzifə tanınmış idman jurnalisti Elşən Məmmədova həvalə edilib. O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib.

 

E.Məmmədov "Report"a açıqlamasında məlumatı təsdiqləyərək, etimadı doğrultmaq üçün can-başla çalışacağını söyləyib.

 

Qeyd edək ki, Elşən Məmmədov 23 ilədək idman mətbuatında - "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb, "Tərəqqi" medalı ilə təltif olunub.

 

E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 9 il "İlin Qalibləri" layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.

Tarix: 19 Oktyabr 2022, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin