BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ərazidə mənzil almayın – Ekspert xəbərdarlıq etdi

“Mütəxəssislər tıxac probleminin sürətli həll yolu kimi ictimai nəqliyyatın effektiv təşklini təklif edirlər, xüsusən dəmir yolunun gücünün artırılmasını, tramvay və metro nəqliyyatının təşkilini. Amma çox sadə səbəbə görə bu problemin həllini tapacağına inanmıram, hazırda üzləşdiyimiz tıxac probleminin həll olunmaması nə kimsəni vəzifəsindən edəsi deyil, nə də kimsə bu problemə görə səs itirəsi deyil. Daha bir səbəb: qərar qəbul edənlərin heç biri bu problemdən əziyyət çəkmir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.

“Hazırda Biləcəri-Xırdalan istiqamətində yeni şəhərciklər tikilir və yaxın zamanlarda məskunlaşmanın miqyası daha da artacaq. Yaxınlarınıza-doğmalarınıza dönə-dönə xəbərdarlıq edin ki, bu istiqamətdə mənzil alıb özlərini və övladlarını bu fəlakətin burulğanına atmasınlar...” – R.Ağayev qeyd edib.

Tarix: 20 Oktyabr 2022, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin