Elman Nəsirov: “Azərbaycanda kifayət qədər spirt və qoruyucu maska var”

“Desək ki, Azərbaycanın apteklərində spirt, qoruyucu maskalar yoxdur, həqiqəti təhrif etmiş olarıq. Var. Ehtiyatlar da kifayət qədərdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov qeyd edib ki, bəzi apteklərdə sui-istifadə hallarına yol verilirsə, cəza tədbirləri görülməlidir: “Bütün işlər görülüb, amma nə desən ki, məsuliyyətsiz insanlar buna kölgə salırlar. Həmin insanlar vəziyyətdən istifadə edərək varlanmaq istəyirlər. Belə insanlar düşməndirlər, koronavirusdan daha təhlükəlidirlər”.

Tarix: 24 Mart 2020, 19:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin