Tibbi maskalarla bağlı yeni xəbər – 200 min istehsal olunacaq

Mart ayının sonunadək, təqribən bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq.

 

Pravda.az-ın xəbərinə gör, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

İ.Məmmədov deyib ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min tibbi maskadır: “Son bir ayda Azərbaycanda ən çox tibbi maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min tibbi maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var".

Tarix: 24 Mart 2020, 20:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin