BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Səhiyyə Nazirliyi Binəli Yıldırım və Şamil Ayrımla bağlı məlumat yaydı

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.

 

Qeyd edək ki, ötən gün Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.

Tarix: 21 Oktyabr 2022, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin