BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması üçün təkliflər səsləndirildi

Günün istənilən vaxtında Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. İnsanların böyük əksəriyyəti yollarda qalır.

 

Pravda.az-ın məlumatına görə, bunu deputat Emin Hacıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.

 

O qeyd edib ki, problemin təhlili göstərir ki, məsələ yalnız yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən qaynaqlanmır.

 

E.Hacıyev vurğulayıb ki, problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görmək laızmdır. Onun fikrincə, Abşeronda sərnişindaşımaya vahid prinsiplə yanaşmaq lazımdır.

 

“Sumqayıt-Bakı avtobuslarının avtovağzallararası işləməsi tələbi ləğv olunmalıdır. Vətəndaşların avtovağzala gəlməsi əlavə vaxt və vəsait itkisidir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi nəqliyyat vasitələrindən istifadəni stimullaşdırır. Hesab edirəm ki, Sumqayıtdan Bakının müxtəlif ərazilərinə, məsələn Bakı Dövlət Universitetinə, Bakı Dəmiryolu Vağzalına və s. ərazilərə avtobuslar təşkil olunsun. Bundan başqa, ictimai nəqliyyatdan istiafdəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq oluna bilər. Həmçinin, Bakı-Sumqayıt qatarlarının vaqonlarının sayının artırılması və intervalların azaldılması həmin yolda sıxlığı azaldar. Ölkəmizdə ekspress avtobusların tətbiq olunmasını təklif edirəm. Bu, şəxsi nəqliyyatdan istifadənin azaldılmasına kömək edər", - deyə deputat əlavə edib.

Tarix: 21 Oktyabr 2022, 13:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin