BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçında iki nəfər minaya düşdü

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Laçında iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

 

Agentlikdən verilən məlumata görə, 2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

 

İlkin məlumata əsasən hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.

 

Agentlik bildirib ki, hadisə ilə bağlı aparılan araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Tarix: 21 Oktyabr 2022, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin