BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran şəxs danışdı - "Komada olmuşam” - VİDEO

Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran sürücü hadisənin necə baş verdiyi barədə məlumat verib.

 

Pravda.az xəbər verir ki, BAKU.TV-yə açıqlama verən sürücü Elməddin Abbasov qeyd edib ki, özü şəkər xəstəsidir və meyvə alveri ilə məşğuldur:

 

“2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm. Hadisə günü “Meyvəli” bazarında işimlə əlaqədar çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam”.

 

Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır:

 

“Bugünə qədər belə bir problem yaşamamışdım. Ailəmi, uşaqlarımı bu iş sayəsində dolandırıram”.

 

Tarix: 21 Oktyabr 2022, 23:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin