BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəzifəli şəxs qəzada öldü - FOTO

Hacıqabulda baş verən qəzada sürücü ölüb.

 

Pravda.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Əmiraslanov Elşən Qəmbər oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Sürücü hadisə yerində ölüb.

 

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin eksperti vəzifəsində çalışıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Fotoları təqdim edirik
Tarix: 22 Oktyabr 2022, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin