BURADA REKLAMINIZ OLA
BİLƏR

Şagirdlərə qadağalar tətbiq edilə bilər - VİDEO

Şagirdlərə bəzi qadağalar tətbiq edilə bilər. Çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqala icazə verilməyə bilər. Həmçinin, uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlmək qadağan bilər. Artıq layihə ictimaiyyətə müzakirə üçün təqdim olunub.

 

Pravda.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, 2 həftə ərzində ictimai müzakirənin yekunlaşması, 2022-ci təqvim ilinin sonunadək isə qaydaların təsdiqlənməsi nəzərdə tutulub.

 

Qaydalarda davamiyyət və punktuallıq, dərs prosesində davranış və etik davranış, şagirdlərin xarici görünüşü, təhlükəsizliyi məsələlərilə bağlı bəndlər nəzərdə tutulub.

 

Sənəddə həmçinin müsbət davranan şagirdlərlə bağlı ayrıca bölmə var. Belə şagirdlərin rəğbətləndirilməsi, məktəblərdə ayrıca olaraq qiymət verilməsi ilə bağlı məsələlər öz əksini tapır.

 

Sakinlərdən bu qaydalara yaxşı yanaşan göstərənlər az deyil.

 

Sorğu aldığımız sakinlərdən bəziləri hətta bildirdi ki, qaydalarda digər nüanslar da nəzərə alınmalıdır.

 

Tarix: 22 Oktyabr 2022, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin