BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçında minaya düşənlərdən biri vəfat etdi

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib.

 

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Pravda.az-a verilən xəbərə görə, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

 

1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

 

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.

Tarix: 22 Oktyabr 2022, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin