BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçında minaya düşən digər şəxsdən xəbər var

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Laçında minaya düşən şəxslər barədə daha bir açıqlama yayıb.

 

ANAMA-dan Pravda.az-a verilən məlumata görə, oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

 

Qeyd edilib ki, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

 

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.

Tarix: 22 Oktyabr 2022, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin