BURADA REKLAMINIZ OLA
BİLƏR

"Optimal"dan müştərilərə sayğısızlıq, yoxsa aldatma?

Azərbaycanda elektronika və məişət avadanlıqları satan mağazalar şəbəkəsi "Optimal Elektronika” MMC-nin müştəriləri tez-tez incitməsi barədə məlumatlar yayılır. Sosial şəbəkədə mağazalar şəbəkəsi ilə bağlı dəfələrlə iradlara rast gəlinib. Bu dəfə isə şikayət "Optimal Elektronika” MMC şirkətinin servis xidməti ilə bağlıdır. "Arqument.az"a danışan şikayətçi deyir ki, iyulun 30-da mağazalar şəbəkəsinin Hövsan qəsəbəsində yerləşən ofisindən götürdüyü avadanlığın - kondisionerin quraşdırılması ilə bağlı avqust ayında şirkətin "Çağrı mərkəzi"nə müraciət etsə də, mənzilə yaxınlaşan olmayıb. Daha sonra sentyabrın 15-də müştəri təkrar xidmətə müraciət edib.

 

Şirkətdən bildirilib ki, "Optimal Elektronika”nın servis xidmətinin "vatsap" nömrəsinə yazın.

 

Sentyabrın 17-də xidmətin "vatsap" nömrəsinə müraciət edib, amma ondan "Zəmanət talonu"nu  "vatsap"a göndərməyi tələb ediblər. Yalnız bundan sonra xidmət mənzilə yaxınlaşa biləcəyini deyib.

 

Müştəri sentyabrın 17-də "Zəmanət talonu"nu təqdim etsə də, şəbəkədən heç bir cavab gəlməyib.

 

Oktyabrın 8-də müştəri "Optimal Elektronika”ya təkrar müraciət etsə də, ümumiyyətlə, cavab verilməyib.

 

Müştəri yaxın günlərdə şəbəkəni məhkəməyə verəcəyini deyir.

 

"Optimal Elektronika” isə müştərinin iddiası ilə bağlı suallara hələ də cavab verməyib.

Tarix: 22 Oktyabr 2022, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin