BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana qar yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

 

ETSN-dən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

 

Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-18° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 4-8° isti olacaq.

Tarix: 22 Oktyabr 2022, 12:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin