Ordudan tərxis olunanlarla bağlı AÇIQLAMA

Ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarət gücləndiriləcək.

Pravda.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, ordudan tərxis olunmuş gənclərin peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq barədə də öhdəlik götürüblər. Eyni zamanda əmək bazarının tələblərinə uyğun olaraq, kadr hazırlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər də görüləcək.

Tarix: 24 Mart 2020, 23:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin