BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabad Mərkəzi Bazarında ticarət obyektlərinin konstruksiyaları 9000kv.m sahədə yanıb

Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

 

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000kv.m sahədə yanıb.

 

Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.

Tarix: 23 Oktyabr 2022, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin