BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər həbs edildi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Pravda.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - Vaqif Nadirov,  Ruslan Əhmədov və Mehman Süleymanov saxlanılıblar. Onların üzərinə  baxış keçirilən zaman güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.


Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix: 23 Oktyabr 2022, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin