BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzuli rayonunda avtomobil aşıb, ölən var

Füzuli rayonunda avtomobil aşıb, ölən var.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hadisə oktyabrın 22-si saat 23 radələrində rayonun 1 saylı Zobucuq qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, qəsəbə sakini İlqar Mahmudov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

 

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix: 24 Oktyabr 2022, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin