Milli Qəhrəmanlarla bağlı qanun hazırlanacaq

“Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında” qanunun qəbul olunmasına dair təkliflər hazırlanacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

 

Sazişə əsasən, tərəflər “Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında” qanunun qəbul olunmasına dair təkliflər hazırlanması barədə öhdəlik götürüblər.

Tarix: 25 Mart 2020, 00:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin