BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu marşrut xəttinin hərəkəti istiqamətində avtobus zolağının tətbiqinə başlanılır

Şəhər mobilliyi prinsipləri əsas götürülməklə 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti-M.Hadi küçəsi-Q.Qarayev prospekti-Z.Bünyadov prospekti-Moskva prospekti-Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılır.

 

Həmin küçə və prospektlərin hər biri ictimai nəqliyyat üçün əsas hərəkət dəhlizi hesab olunur. Gündəlik olaraq bu dəhlizdən 70 müntəzəm marşrut xətti üzrə 1000-dən artıq avtobusla 830 min nəfərdən dən çox sərnişin daşınır. Dəhliz boyunca avtobusların maneəsiz və rahat hərəkəti təmin ediləcəyi halda avtobusların orta istismar sürətinin pik saatlarda 10 km/saatdan 21 km/saata qalxacağı proqnozlaşdırılır. Sərnişinlərin səfər müddəti isə pik saatlarda 46 dəqiqədən 22 dəqiqəyə enəcəyi ehtimal edilir.

Tarix: 24 Oktyabr 2022, 14:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin