BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gündüzdən 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Azərbaycanın rayonlarında da pisləşəcək.

 

Oktyabrın 25-i gündüzdən 27-si gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq.

 

Çaylarda sululuğun artacağı ehtimalı var.

Tarix: 24 Oktyabr 2022, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin