BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət hesabına hüquqi yardımla bağlı illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti araşdırılıb

Azərbaycanda illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti araşdırılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı monitorinqin nəticələrinə dair ümumrespublika müşavirəsində bildirilib.

 

Hesabatda göstərilib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müvafiq qərarı ilə bu ilin fevralında yaradılan monitorinq qrupu ilk növbədə illik gəliri 10 min manatdan çox olan vəkillərin fəaliyyəti araşdırılıb. Bu müddət ərzində dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı illik qazancı 10 min manatdan çox vəsaitin alınmasına xidmət edən 22 min 185 qərar icra edilib. Onlardan 11 min 242 qərar Bakı şəhəri, 10 min 943 qərar isə bölgələrə aid qərarlardır.

Tarix: 24 Oktyabr 2022, 16:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin