İçməli su ilə bağlı qanun qəbul ediləcək

İçməli suyun keyfiyyəti barədə qanun qəbul ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

 

Sazişə əsasən, tərəflər içməli su, onun təchizatı və keyfiyyəti barədə qanun layihəsinin qəbul edilməsinə nail olmaq barədə öhdəlik götürüblər.

Tarix: 25 Mart 2020, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin