BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn il azad edilmiş ərazilərin bərpasına ayrılacaq vəsait açıqlandı

Gələn il işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi üçün ötən ildən 12,4% çox vəsait ayrılacaq.

 

Pravda.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

 

Sənəddə bildirilib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur.

 

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Tarix: 25 Oktyabr 2022, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin