BURADA REKLAMINIZ OLA
BİLƏR

Dizel mühərrikli avtomobil idarə edənlərin nəzərinə

Dizel mühərriklərin qənaətcil olması barədə uzun danışmağa lüzum yoxdur. Bu mühərriklərin tətbiq edildiyi hibrid modellər isə xüsusi qənaətcilliyi ilə seçilir. Bəs elə isə nə üçün Dizel mühərrikli hibrid avtomobillərə praktikada az rast gəlinir? İstehsalçılar nə üçün qənaətcil avtomobil hazırlamaqda maraqlı deyillər?

 

Dizel mühərrikin hazırlanması baha başa gəlir. Hibrid avadanlığın istehsalı isə daha bahadır. Son nəticədə avtomobilin maya dəyəri artır və rəqabət qabiliyyəti azalır. Üstəgəl, 2025-ci ildə Euro-7 standartına keçid Dizel mühərriklər üçün obrazlı desək sonun başlanğıcı olacaq. Bu səbədən də mövcudluğuna yaxın illərdə son qoyulacaq texnologiyaya heç bir qabaqcıl istehsalçı xərc qoymaq istəmir. Eyni zamanda, elektromobilə kütləvi keçid başladığı üçün yeni daxili yanma mühərrikləri layihələndirməyi dayandıran şirkətlər də artacaq. Artıq “Volvo” və “Audi” ənənəvi mühərrik layihələndirilməsini dayandırıb. Avtosfer.az

Tarix: 25 Oktyabr 2022, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin