Həkim koronavirusa yoluxdu, klinika bağlandı

Gürcüstanda klinikalardan birində ultrasəs müayinəsi həkimində yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın “Mtavari arxi” telekanalı məlumat yayıb.

 

Bildirilib ki, həkim martın 14-də ABŞ-dan Gürcüstana qayıdıb və iki gün boyunca xəstələri qəbul edib. Bundan başqa onun klinikanın 140-dan çox əməkdaşı ilə təmasda olduğu müəyyən edilib. Faktla əlaqədar klinikanın fəaliyyətinin dayandırılıb.APA

Tarix: 25 Mart 2020, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin