BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda su borusu partladı: Ətrafı su basdı - YENİLƏNDİ

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

FHN-dən verilən məlumata görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.

 

***

08:19

 

Bakının Yasamal rayonunda su borusu partlayıb.

 

Pravda.az xəbər verir ki, qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.

 

Tarix: 26 Oktyabr 2022, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin