BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətlər Azərbaycandakı Rusiya bankından 19 milyon manatdan çox depoziti geri çəkib

“Bank VTB Azərbaycan” ASC 2022-ci ilin doqquz ayında 9.57 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.

 

Bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verilib.

 

Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 53% artaraq 18.61 mln. manat təşkil edib. Bankın faiz xərcləri 74% artımla 5.82 milyon manat olub ki, bu da onun ilin ilk 9 ayında 12.21 mln. manatlıq xalis faiz gəliridir. Bankın qeyri-faiz gəliri 10.9 mln. manat və qeyri-faiz xərci isə 21.87 mln. manat təşkil edib.

 

Beləliklə, bank cəmi 1,24 milyon manat əməliyyat mənfəəti əldə edib, 8.33 milyon manat problemli kreditlərin geri dönüşü hesabına onun xalis mənfəəti 9.57 milyon manata yüksəlib.

 

1 oktyabr 2022-ci il tarixinə bankın cəmi aktivləri 5,6% azalaraq 232,33 milyon manata, o cümlədən kredit portfeli 5,5% kiçilərək 156,1 milyon manata enib. “Bank VTB Azərbaycan”nın öhdəlikləri isə 13,5% azalaraq 141,39 milyon manata, o cümlədən depozit portfeli 13,6% və ya 11,9 milyon manat manat azalaraq 76,87 milyon manata düşüb. Maraqlıdır ki, bankın fiziki şəxlər üzrə depozit portfeli 53,8 milyon manatdan 61,1 milyon manata kimi artsa da, hüquqi şəxslər üzrə portfeli 2,2 dəfə və ya 19,1 milyon manat azalaraq 15,8 milyon manata düşüb.

 

Bu dövrdə bankın cəmi kapitalı 13,2% artaraq 77,83 milyon manata yüksəlib, o cümlədən balansında öncəki illərdən yığılmış zərər 239.17 mln. manata kimi azalıb.

 

APA

Tarix: 26 Oktyabr 2022, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin