Aslan İsmayılov: “Apteklərdə 20-30 manata maska satılır”

Hüquqşünas Aslan İsmayılov maska (respirator) çatışmazlığı və onların qiymətinin kəskin şişirdilməsinə etiraz edib.

 

Pravda.az-ın xəbərinə görə, A.İsmayılov deyib ki, tək-tük apteklərdə 20-30 manata bir maska satılır.

 

“Dezinfeksiya məhlullarının, spirtin qiyməti də süni şəkildə günü-gündən şişirdilir. Görəsən bu vəziyyət nə qədər davam edəcək?! Yoxsa yenə faciə üzərində milyonlar qazananlar tapılır?!” – A.İsmayılov qeyd edib.

Tarix: 25 Mart 2020, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin