Türkiyənin 32 vətəndaşı koronavirusdan öldü

Xarici ölkələrdə koronavirusdan 32 Türkiyə vətəndaşı vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, bu vətəndaşların çoxu Avropa ölkələrində vəfat edib.

 

"Vəfat edən şəxslərin ailələri onların cənazələrini Türkiyəyə gətirmək istəyir və biz bu ailələrə lazım olan köməyi göstəririk. Bildiyiniz ki, normal uçuşlar dayandırılıb amma karqo uçuşlar həyata keçirilir. Lazımi tədbirlər alınaraq vətəndaşlarımızın cənazələrinin ölkəmizə gətirilməsi məsələsində vacib dəstəyi veririk", - deyə Çavuşoğlu qeyd edib.

Tarix: 25 Mart 2020, 13:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin