“Sınıq Körpü” sərhəd keçid məntəqəsindən istifadə vaxtı dəyişdirildi

Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü ” sərhəd keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib. 

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, dəyişikliyə əsasən vətəndaşlar sərhəd keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.

 

Dəyişikliyin yük daşımalarına şamil edilmədiyi bildirilib.APA

Tarix: 25 Mart 2020, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin