BURADA REKLAMINIZ OLA
BİLƏR

Meyxanaçı sirlərini bölüşdü

Meyxanaçı Namiq Qaraçuxurlu ürəyində qalan arzusundan danışıb. 

 

Pravda.az bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "7 canlı" axşam şousunda bildirib ki, onun gerçəkləşməyəcək arzularından biri ürəyi istəyən böyük toy məclisi etməsi olub.

 

"Çox istərdim ki, toyum "kampaniya" şəklində keçsin. Bəyin yanında gəlin də olsun. Toyumda xanımımla rəqs edim. Həmin anlar da yaddaşlarda qalması üçün lentə alınsın. Lakin tanınmış insan olduğuma görə, məcburən kişi toyu elədim ki, görüntülər çox yayılmasın. Çünki ailə məsələləri var. Qapalı insanam. Qohumlarımın iştirakı ilə bir toy məclisi elədim. Amma çox istərdim ki, bu yığıncaq kimi kiçik yox daha geniş bir məclis olsun",- deyə Qaraçuxurlu qeyd edib.

 

N.Qaraçuxurlu 16 il əvvəl ailə həyatı qurub. Sənətçi evləndiyi gündən bu günə kimi xanımının kimliyini üzə çıxarmayıb. 

 

Söz xiridarının bu nikahdan bir qız övladı var.

Tarix: 27 Oktyabr 2022, 19:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin