BURADA REKLAMINIZ OLA
BİLƏR

Suqovuşana icazəsiz daxil olmağa çalışan rayon sakini saxlanıldı

Suqovuşan qəsəbəsi ərazisindəki nəzarət postunda rayon sakini F.Daşdəmirov müvafiq icazəsi olmadan qəsəbə ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu barədə Pravda.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

 

O, Tərtər Rayon Polis Şöbəsinə gətirilib və mülki qaydada axtarışda olduğu da müəyyən edilib.

 

F.Daşdəmirov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə cərimə olunub.

Tarix: 27 Oktyabr 2022, 20:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin