Bakıda qadın 21-ci mərtəbədən yıxıldı

Bakıda qadın pəncərənin şüşəsini silərkən 21-ci mərtəbədən yıxıldı

Bakıda qadın 21-ci mərtəbədən yıxılaraq ölüb.

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə dünən paytaxtın Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 21-də qeydə alınıb

Belə ki, sözügedən ünvanda yaşayan 1991-ci il təvəllüdlü G.Məmmədova pəncərənin şüşəsini təmizləyən zaman yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.Oxu.az

Tarix: 25 Mart 2020, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin