BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad edilmiş ərazilərin rezidentləri üçün xammal idxalı gömrük rüsumlarından azad edilir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Gömrük tarifi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

 

Pravda.az-ın xəbərinə görə, qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

 

Həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Tarix: 28 Oktyabr 2022, 13:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin