Elektrik enerjisinin kəsiləcəyi ilə bağlı yayılan məlumatlara RƏSMİ MÜNASİBƏT

"Son günlər sosial şəbəkələrdə "Azərişıq” ASC-nin adından saxta elanlar paylaşılır. Bu elanlar "Azərişıq” ASC tərəfindən yayılmayıb”.


Pravda.az-ın xəbərinə görə, bunu "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sosial şəbəkələrdə qurum adından abonentlərə ünvanlanan müraciətə münasibət bildirərəkən deyib. 


Onun sözlərinə görə, cəmiyyətdə çaşqınlıq yaradan bu elanlar həqiqəti əks etdirmir:

"Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - "Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” məzmunlu elanlara rast gəlinib.


Ünvanı məlum olmayan bu elanların "Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur. Bu elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.Oxu.az

Fotoları təqdim edirik
Tarix: 25 Mart 2020, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin