BURADA REKLAMINIZ OLA
BİLƏR

AMB-nin Baş direktoru: "Rusiyada əmlaklarını satan vətəndaşlar vəsaiti Azərbaycana köçürürlər"

"Azərbaycana pul köçürmələrində artım müşahidə edilir. Banklarla kommunikasiya və müşahidələrimiz onu göstərir ki, artım Rusiyada yaşayan azərbaycanlıların köçürmələri ilə əlaqədardır".

 

Bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev deyib.

 

O bildirib ki, Rusiyada mənzil və digər əmlaklarını satan vətəndaşlar vəsaitlərini Azərbaycana köçürürlər.

 

Rusiya və digər ölkə vətəndaşlarına Azərbaycanda bank hesabları açılması məsələsinə gəlincə, T. Əliyev deyib ki, AMB-nin banklarda hesabların açılması ilə bağlı qaydalarına əsasən rezidentlərin qeyri-rezidentlərə hesabların açılması müddəaları müəyyən edilib. Banklar xarici vətəndaşlara hesab açarkən bu qaydaları nəzərə almalıdır. "Mərkəzi Bank tərəfindən Rusiya vətəndaşlarına kart açılması ilə bağlı banklara hər hansı bir təlimat verilməyib", - deyə AMB-nin Baş direktoru əlavə edib.

 

APA

Tarix: 28 Oktyabr 2022, 14:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin