Karantin müddəti aprelin 24-dək uzadıldı

Yeni koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Ukraynada aprelin 3-də bitməli olan karantin müddəti aprelin 24-dək uzadılıb.

Pravda.az-ın xəbərinə görə, bundan başqa, Nazirlər Kabineti bu gün ölkənin bütün ərazisində fövqəladə situasiya elan edəcək.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin bu gün keçirilən iclasında bildirib. D. Smıqal onu da deyib ki, fövqəladə situasiya ilə fövqəladə vəziyyət fərqli anlayışlardır.


Qeyd edək ki, Ukraynada koronavirusa yoluxanların sayı 113-ə çatıb, son 24 saatda 13 yoluxma faktı qeydə alınıb. Bu günədək virusa yoluxan 3 nəfər vəfat edib.APA

Tarix: 25 Mart 2020, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin