Partiya sədri xüsusi rejim qaydalarını pozdu, qızına nişan etdi, Əli Həsənov da qatıldı - FOTO

Martın 22-də Milli Vəhdət Partiyası​nın sədri Yunus Oğuzun qızının nişan mərasimi keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, mərasim Bakıda "Şirvanşah" restoranında baş tutub.

 

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun və ailə üzvlərinin qatıldığı nişan mərasimində 100-dən çox insan iştirak edib.

 

Qeyd: 14 mart 2020-ci il saat 00:00-dan ölkədə xüsusi rejim tətbiq edilib. Qərara əsasən, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.

Fotoları təqdim edirik
Tarix: 25 Mart 2020, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin